21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
"Unikal" xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
Yarışda qadınların mübarizəsinə yekun vurulub. Son olaraq körpücük üzərinə çəkisi 59, 64, 71, 76, 87 və +87 kq olan qadınlar çıxıblar. Müvafiq olaraq öz çəkilərində toplam 148 kq (67+81) nəticə ilə Fazilə İmanova, toplam 112 kq (51+61) nəticə ilə Ayişə Əliyeva, 180 kq (79+101) nəticə Fidan Mirzəzadə, toplam 185 kq (82+103) nəticə Rahilə Hüseynzadə, toplam 69 kq (30+39) nəticə ilə Leyla Məhərrəmova, toplam 96 kq (41+55) nəticə ilə Elnarə Rəşidova qızıl medallara sahib çıxıblar.
Atletlərin təltieftmə mərasimində mötəbər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Hicran Hüseynova və İqbal Məmmədov idmançılara medalları təqdim edib, onlara uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkilib.
***14:45
21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib.
"Unikal" xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
İlk olraq körpücük üzərinə çəkisi 45, 49 və 55 kq olan qadınlar çıxıblar. 45 kq çəki dərəcəsində toplam 75 kq (33+42) nəticə ilə Samirə Rzayeva, 49 kq çəki dərəcəsində toplam 122 kq (57+65) nəticə ilə Nazilə İsmayılova, 55 kq çəki dərəcəsində isə toplam 132 kq (57+75) nəticə ilə Selcan Qarayeva qalib adını qazanıb.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.