21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir.

"Unikal" xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayıb.

İkinci yarış günü çəkisi 67 kq-a qədər olan atletlərin mübarizəsi ilə başlayıb. Bu çəkidə toplam 284 kq (133+151) nəticə göstərən “Qartal” Klubunun təmsilçisi İsa Rüstəmov qızıl, toplam 251 kq (115+136) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Qasım İsmayılov gümüş, toplam 240 kq (90+108) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Həsənağa Sahibov isə bürünc medal əldə edərək fəxri kürsüyə qalxıblar.

N

Adı

İl

Şəhər / Rayon

Klub

Çəki

Birdən

Təkanla

Toplam

1.

İsa Rüstəmov

1999

Goranboy

Qartal

66.5

133

151

284

2.

Qasım İsmayılov

2005

Qazax

Göyəzən

66.3

115

136

251

3.

Həsənağa Sahibov

2002

Qobustan

Buta

66.8

108

132

240

4.

Fuad Həsənov

2003

Lənkəran

Zirvə

64.2

110

128

238

5.

Kənan Rəhimov

2004

Gəncə

ADAU

66.2

92

125

217

6.

Emil Quliyev

2006

Bakı

Təhsil

65.4

100

110

210

7.

Murad Mustafayev

2006

Qazax

Göyəzən

66.4

77

96

173

8.

Vüsət Quliyev

2004

Sumqayıt

Zirvə

66.7

70

102

172

9.

Hüseyn Qurbanov

2006

Lənkəran

Zirvə

65.2

80

91

171