Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin geyimi yenidən müzakirələrə səbəb olub.
"Unikal" xəbər verir ki, aktrisa dünyaca məşhur brendin təşkil etdiyi gecəyə qatılıb. Belə ki, tədbirə parlaq ətəklə qatılan Nəsrinin geyimi izləyiciləri tərəfindən bəyənilib.
Cəsur geyimi ilə çəkdirdiyi pozaları sosial media hesabında paylaşan gözəl aktrisaya pərəstişkarları təriflər yağdırıb.