Sevgilisini öldürüb ətini itlərə yedirtdi - DƏHŞƏT

Braziliyada illər əvvəl baş vermiş dəhşətli hadisə ortaya çıxıb. Unikal.org-un məlumatına görə Flamengo futbol komandasının qapıçısı Bruno Fernandez de Souza etiraf edib ki, övladının anası Eliza Samudionu öldürdükdən sonra parçalayıb, itlərə yedizdirib.
2010-cu ildə baş verən hadisə belə olub. Futbolçu De Souza 2009-cu ildə keçmiş porno ulduz Eliza Samudio ilə futbolçuların olduğu böyük şənlikdə tanış olub və bir gecəlik münasibətdə olub. Samudio hamilə qalıb. Lakin Souza evli olduğu üçün qadından uşağı doğmamağı tələb edib. Samudio isə onu dinləməyib, uşağı dünyaya gətirib. Dörd ay sonra qadın Souzaya qarşı məhkəməyə müraciət edərək, onun övladının atası olduğunu bildirib. Souza qadını görüşə çağıraraq öldürüb və itlərə yedizdirib. Hazırda məhkəmə prosesi gedir.