Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün son matçında "Sabah" Sumqayıtda eyniadlı komandanı darmadağın edib - 6:0..

Bu qələbə ilə xallarını 43-ə çatdıran "Sabah" qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan "Sumqayıt" isə 8-ci pillədə qərarlaşıb.