Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.
46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.