ASAPES SABAH Mərkəzinin əməkdaşı Lalə Şirinzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə dekabrın 21-də keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda iştirak edib.
"Unikal" xəbər verir ki, “Gələcəyə hazır ol!” devizi altında təşkil olunan forumda "Karyera Mərkəzlərinin yaratdığı fürsətlər", "Peşəkar karyera mühitində yeni çağırışlar" və "İş mühitində davamlı inkişafı necə təmin etməli" adlı 3 panel müzakirə keçirilib.
Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, həmçinin millət vəkilləri, yerli və xarici spikerlər, karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri və inkişaf mentorları iştirak edib.