Polşalı məşhur aktyor Emilian Kaminski vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən 70 yaşlı aktyor Polşanın Yuzefuv şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Emilian Kaminski “Əlvida Mazurka”, “Şeytan”, “Arsenalda əməliyyat”, "Pani Evanın hiylələri", "Cənazə mərasimi", "Quş tanqosu", "Ad günü səyahəti" kimi məşhur filmlərdə rol alıb.