İqtisadiyyat naziri Mikayıl Cabbarov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının 5 illiyi münasibəti ilə təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, bu barədə M.Cabbarov öz “Facebook” hesabında paylaşım edib.
“Ölkəmizdə kiçik və orta biznesin inkişafının dəstəklənməsini, səmərəli mexanizmlərin tətbiqi ilə iqtisadiyyatda rolunun möhkəmləndirilməsini təmin edən qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın yaradılmasının 5 illiyi münasibətilə təbriklərimizi çatdırır və uğurlar arzulayırıq”, - deyə nazir bildirib.