Naxçıvanda taksi sürücüləri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edir.
"Unikal" xəbər verir ki, sürücülər toplu şəkildə Naçıvan MR Ali Məclisinin yanına toplaşaraq problemlərinin həll olunmasını istəyirlər.
Belə ki, sürücülərə Naxçıvan istehsalı olan "Naz-Lifan"dan başqa digər minik avtomobilləri ilə taksi kimi işləmələri üçün icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə - 35 min manata satılır.
Ağarza Elçinoğlu
#Naxçıvan'da sürücülər Vasif Talıbovun tətbiq etdiyi qaydalara qarşı etiraz edirlər. pic.twitter.com/4mGQo4hnG0
— Unikal Media Group (@UnikalOrgPortal) December 28, 2022