Nəsimi rayon Məhkəməsinə sədr təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Xatırladaq ki, İlqar Qaralov sabiq baş prokuror Zakir Qaralovun əmisi oğludur.