Argentina millisinin hücumçusu Lionel Messi ölkəsinin prezidenti ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Giacobbe & Asociados" nəşri məlumat yayıb.
Nəşr Argentina əhalisi arasında sosioloji sorğu keçirərək, futbolçu Argentina prezidenti postuna namizədliyini irəli sürərsə, insanların Messiyə səs verməyə hazır olub-olmadığını öyrənib.
Maraqlıdır ki, respondentlərin 43,7 faizi müsbət cavab verib. 17,5% "bəlkə" variantını seçib, 37,8% isə Messinin namizədliyinin əleyhinə çıxıb.
Xatırladaq ki, Argentina millisi 2022-ci il dünya çempionatının qalibi olub, Messi isə turnirin ən yaxşı futbolçusu kimi tanınıb.
Seymur Əli