"Mançester Siti" İngiltərə Premyer Liqasının XVII turunun matçında səfərdə "Lids Yunayted"ə 3:1 hesab ilə qalib gəlib.
"Unikal" xəbər verir ki, oyun "Elland Road" stadionunda keçirilib.
Qarşılaşmada hesabı ilk hissənin sonunda qonaqların yarımmüdafiəçisi Rodri açıb. Bu, ilk hissədə vurulan yeganə qol olub.
Fasilədən sonra "Mançester Siti"nin hücumçusu Erlinq Holann dubl edib. 71-ci dəqiqədə "Lids"in müdafiəçisi Paskal Streyk qonaqları oyuna meydanın mərkəzindən başlamağa məcbur edib.
"Mançester Siti" Premyer Liqada 15 oyundan sonra 35 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Lids Yunayted” (15 xal) 15-ci yerdədir.