Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyənin Turizm təlimi qiymətləndirmə və akkreditasiya qurumunun birgə təşəbbüsü ilə Türkiyədə akkreditasiya prosesinə dair seminar təşkil olunub.
"Unikal" xəbər verir ki, adıkeçən tədbirdə Mersin Universitetinin professoru, prof.dr.A.Celal Çakıçı Türkiyədə akkreditasiya, akkreditasiyanın əhəmiyyəti, TURAK qiymətləndirmə meyarları, proqram və institusional akkreditasiya və sair məsələlərdən bəhs edib.
Qeyd etmək lazımdır ki, Turizm təlimi qiymətləndirmə və akkreditasiya qurumu Türkiyə Respublikasında müvafiq sahə üzrə akkreditasiyanı həyata keçirən səlahiyyətli strukturdur.
“Türkiyədə akkreditasiya prosesi”nə dair onlayn seminara ATMU-nun qırxa yaxın əməkdaşı qatılıb.