Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin ölümünə səbəb daxili orqanların çoxsaylı çatışmazlığı olub.

"Unikal" xəbər verir ki, bu barədə onun vəfat etdiyi Albert Eynşteyn klinikasının rəsmi bülletenində məlumat verilib.

Bildirilib ki, orqanların çatışmazlığı bağırsaq xərçənginin mənfi dinamikası nəticəsində yaranıb.

Klinikanın mətbuat xidməti keçmiş futbolçunun ailəsinə və sevimli Futbol Kralının itkisinə görə kədərlənənlərin hamısına başsağlığı verib.

23:04

Dünya futbolulunun əfsanəsi, braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, futbol ulduzu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.