Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Müqavilənin 2025-ci ilin yayına qədər imzalandığı bildirilir. Razılaşmanın digər detalları açıqlanmayıb.

Noyabrın sonunda portuqaliyalı futbolçu "Mançester Yunayted" komandasını tərk edib. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.