Əfsanəvi braziliyalı futbolçu Pelenin 100 yaşlı anası Selest Arantes oğlunun ölümündən hələ də xəbərsizdir.
"Unikal" xəbər verir ki, bu barədə mərhum futbolçunun bacısı Maria Lusia do Naskimento məlumat verib.
“Biz danışırıq, amma onun vəziyyətdən xəbəri yoxdur. Pelenin adını çəkib “Onun üçün dua etməliyik” deyəndə gözlərini açır. Əslində anam dəqiq nə demək istədiyimi başa düşmür”, - deyə o bildirib.
Qeyd edək ki, Pele 2 gün əvvəl 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.