Çempionlar Liqasının üçqat qalibi Dani Alves cinsi təcavüzdə günahlandırılıb.
"Unikal" xəbər verir ki, insident Barselonadakı gecə klublarından birində baş verib.
Qadın Alveşin ona toxunduğunu bildirib. Futbolçunun yaxınları zorakılıq faktlarını təkzib edirlər.
Kataloniya polisi gecə klubunda iddia edilən zorakılıq aktı xəbərindən sonra araşdırmaya başlayıb.
Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.