“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştiano Ronaldonu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.

"Unikal" xəbər verir ki, məşqçi xarici mətbuata açıqlamasında daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib.

"Əvvəlcə Messinin transferini istəyirdim. Şəxsən Leonu Dohadan (Qətərin paytaxtı - red.) gətirməyə çalışdım" - deyə Qarsia bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2 illik müqavilə bağlayıb.