Braziliyanın “Santos” futbol klubunun stadionunda əfsanəvi futbolçu Pele ilə vida mərasimi keçirilir.
“Unikal” xəbər verir ki, mərasimdən “Globo” portalı canlı yayım edib.
Futbolçu ilə vidalaşmağa gələnlər arasında ailə üzvləri ilə yanaşı idmançılar, hökumət rəsmiləri, həmçinin FİFA prezidenti Canni İnfantino da var.
xxx
16:59
Pelenin cənazəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə mərhum futbolçunun yaxınları məlumat verib.
Stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq. Onlar tabutun yanından keçə biləcəklər, tabut stadionun mərkəzində, çardaq altında yerləşdiriləcək.
Mərasim bir gün davam edəcək, bundan sonra Pelenin cəsədi olan tabut şəhərin küçələri ilə, o cümlədən, yüz yaşlı anasının hələ də yaşadığı evin yanından aparılacaq.