Xokkey üzrə 1992-ci il Olimpiya Oyunlarının qalibi Sergey Bautin uzun sürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Bautinin də daxil olduğu Moskva “Dinamo”sunun mətbuat xidməti məlumat yayıb.
Moskva Dinamosunun tərkibində Bautin iki mövsüm keçirib və ikiqat ölkə çempionu olub. O, 1991/1992 mövsümündə komandanın kapitanı olub.
1992-ci ildə Sergey Bautin milli komanda ilə birlikdə Albertvildə keçirilən Olimpiya Oyunlarının qalibi olub.
Ramil Zeynallı