"Qarabağ" futbol klubu Kadi Borgesin "Krasnodar"a transfer olunduğunu rəsmən açıqlayıb.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar (8 milyon 500 min manat) qazandıracaq.
Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. "Krasnodar" da müqavilədəki bu bənddən yararlanıb.
Qeyd edək ki, Kadinin transferinə "Qarabağ" Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.