ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 1,17% artaraq, 1 barelə görə 78,75 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,22% artaraq, 73,73 dollara bərabər olub.