"Çelsi" futbolçusu Nqolo Kante ilə müqaviləni yeniləməyə yaxındır.
"Unikal" "Foot Mercato"ya istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2026-cı ilə qədər olacaq. Futbolçu ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu da yaxından maraqlanır. "Zadəganlar" Kantenin cavabını gözləyir.
Qeyd edək ki, Nqolo Kantenin "Çelsi" ilə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.