Yanvarın 7-nə saat 17:00-a olan məlumatına əsasən, Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.
"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 metrə çatıb.