Fərhad Əliyev bayramda əfv olunacaq?
19:45 11-03-2013
CƏMİYYƏT
Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev əfv oluna bilər. Bu barədə Modern.az-a açıqlamasında eks-nazirin vəkili Elton Quliyev məlumat verib. O, Fərhad Əliyevin adının əfv siyahısına salınması haqda məlumatsız olduğunu deyərk, sabiq nazirin bağışlanacağına inandığını bildirib.
Vəkil eks-nazirin azadlığı buraxılması üçün prezident İlham Əliyevə müraciət edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Fərdah Əliyevin və eləcə də vəkili olmasamda Əli İnsanovun adının əfv siyahısına salınması ilə bağlı bizə məlumat verilmir. Fərhad Əliyevin səhhətində yenə narazılığı var.
Fərhad Əliyevin azadlığa buraxılması üçün prezidentə müraciət oluna bilər. Bu birbaşa Fərhad müəllimin özündən aslıdır. Fərhad Əliyev artıq yeddi ildən çoxdur həbsdə yatır. Özü savadlı adamdır. Öz huquqlarını kifayət qədər bilir. O bilir ki, azadllığa buraxılması üçün ölkə prezidetinə müraciət etmək hüququ var. O yaxşı bilir ki, əfv oluna bilər. O lazım bilərsə prezidentə müraciət ediləcək. Mənim bildiyim qədər müraciət edilməyib”.
Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51