Milli Məclis “siqaret qanunu”nu 2 il təxirə saldı
14:05 12-03-2013
CƏMİYYƏT
Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun yaxın iki il ərzində müzakirəyə çıxarılmayacaq
Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq.
Milli Məclisdən verilən məlumata görə, layihə yaz sessiyasının gündəliyinə daxil edilməyib, növbəti sessiyaların gündəliyinə salınması da gözlənilmir.
Səbəb isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmamasıdır.
Layihəyə əsasən, ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışları və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.
Layihədə 3 qapalı müəssisə ilə bağlı istisnalar var. Bunlar qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləridir. Bu məkanlarda siqaret çəkilməsinə icazə verilir.
Qadağaları pozanlara qarşı cərimələrin məbləği İnzibatı Xətalar Məcəlləsinə uyğun müəyyənləşdirilməli idi.
Qeyd edək ki, Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür.
2030-cu ilə qədər isə bu rəqəmin 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə 1 milyard insanın tütündən dünyasını dəyişəcəyi proqnozlaşdırılır.
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51