Yanvarın 9-da Maqadana uçan "İrAero" sərnişin təyyarəsinin qapısı uçuş zamanı açılıb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər Rusiya KİV-lərində yayılıb.
Hadisə Maqandan Maqadana gedərkən An-26 təyyarəsində baş verib. Sərnişinlər təhlükə ilə üzləşiblər.
Təyyarə Maqana qayıtmağa məcbur olub. Ölən və yaralananlar olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu