Ukraynada öldürülən SBU polkovniki İvan Voroniçin qətlində şübhəli bilinən iki nəfərin adı məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib. 

İddialara görə, sözügedən şəxslər Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Nərmin Quliyeva və 1981-ci il təvəllüdlü Xəqani Gülalızadədir. KİV-də yer alan məlumata görə, Quliyeva 2025-ci il mayın 15-də Moldova ilə sərhəddəki Mayaki-Udobnoye keçid məntəqəsindən Ukrayna ərazisinə daxil olub. Gülalızadə də öz növbəsində 2025-ci il fevralın 27-də həmin keçid məntəqəsindən ölkəyə daxil olmağa çalışsa da, ölkəyə buraxılmayıb.

Ukrayna məlumat bazalarına görə, o, mütəşəkkil cinayətkar qruplaşmanın üzvü kimi qeydə alınıb və 2030-cu ilə qədər ölkəyə girişi qadağan edilib. Lakin bu qadağaya baxmayaraq, Gülalızadə birtəhər Kiyevə gəlib və SBU zabitinin qətlini birbaşa törətdiyi güman edilir. Nərmin Quliyeva, ilkin məlumatlara görə, əməliyyatın təmin edilməsinə cavabdeh olub.

İddialarla bağlı hələlik rəsmi  açıqlanma verilməyib. SBU polkovniki İvan Voroniçin ölümü ilə bağlı araşdırmalar davam edir.  

Gülayə Mecid