ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya Prezidenti Vladimir Putindən məyusluğunu dilə gətirib.
"Unikal" xəbər verir ki, o, bu barədə Endryus aviabazasında jurnalistlərlə söhbətində danışıb.
Tramp ABŞ-nin Ukraynaya Patriot hava hücumundan müdafiə raketləri göndərəcəyini söyləyib. Bunun fonunda Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparanda hər şey qaydasına düşür. Lakin daha sonra təzad yaranır.
"O, gözəl danışır, sonra axşam hamını bombalayır. Amma orada bir az problem var. Bu, mənim xoşuma gəlmir. Mən Prezident Putindən çox məyusam. Düşünürdüm ki, o, sözünün üstündə duran adamdır", - Tramp ifadə edib.
Gülayə Mecid