"Bu gün ölkədə olan 85 min avtomobilin yaşı 5 ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur".
"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, avtomobillərin 7-8 %-nin yaşı isə 40 ildən çoxdur:
"Bu tendensiya il-ildən də artmağa davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir edəcək".