"Qarabağ" futbol klubu Seneqal əsilli fransalı futbolçunu transfer edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat dərc edib. 

Məlumata görə, "Qarabağ" hücumçu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. 

Qeyd edək ki, Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.