Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün 700 dollardan aşağı düşüb.
"Unikal" xəbər verir ki, bu barədə ICE London Fond Birjasının ticarət məlumatlarında deyilib.
Hərracların açılışında TTF indeksi üzrə fevral fyuçersləri 773,7 dollar səviyyəsində olub. Bakı vaxtı ilə saat 21:00-a olan vəziyyətə görə qaz fyuçersləri 699,2 dollara (-6,3%) alınıb.
Xatıradaq ki, həftənin əvvəlində Avropa regionunda qazın birja qiymətləri min kubmetr üçün 800 dolları ötmüşdü.