Milli Demokratiya İnstitutunun direktorundan Eynulla Fətullayeva - CAVAB
14:40 12-03-2013
CƏMİYYƏT
“Biz seçki nəticələrində maraqlı deyilik”
Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi “haqqın.az” saytında sensasion məqalə ilə çıxış edib.
Jurnalist ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun ölkədə “facebook inqilabı”nı reallaşdırmaq üçün 2 milyon dollar maliyyə vəsaiti ayırdığını iddia edib. Məqalədə adı hallanan İnsitutun rəhbəri Aleks Qriqoryevs facebook statusunda məsələyə münasibət bildirib. O qeyd edib ki, son günlər Azərbaycanın mətbuat və televiziya efirində Milli Demokratiya İnstitutu barədə təhrif olunmuş və yanlış informasiya yerləşdirilib:
“Dəqiqləşdirmək üçün bildirmək istəyirəm ki, NDİ Azərbaycanda hələ 1995-ci ildən, o zamanki prezident Heydər Əliyevin dəvəti ilə fəaliyyət göstərir. Son illər təşkilatın işi vətəndaş cəmiyyətləri, gənc liderlər və öz cəmiyyətlərinin inkişafı naminə yerli hökumət orqanları ilə sülh və konstruktiv şəkildə işləmək istəyən vətəndaşlara yardım etmək ətrafında cəmlənib. NDİ-nin proqramları heç bir partiyanı dəstəkləmir və institut Azərbaycanda nə hökumət leyhinə, nə də əleyhinə olan qüvvələri dəstəkləyir. Onun proqramları yollar, işıq, kommunal xidmətlər, parklar kimi yerli infrastukturun yaxşılaşması üçün dialoq imkanları yaradıb və vətəndaşlar üçün siniflər, kitab klubları, sosial maarifləndirmə və ekoloji layihələr şəklində imkanlar yaradıb”.
Aleks bəyan edib ki, NDI, həmçinin müstəqil seçki müşahidəçiliyini dəstəkləməklə Azərbaycan vətəndaşlarının öz səslərini qorumaq cəhdlərinə kömək edir: “İnstitut xüsusən də seçkilərin nəticələrində maraqlı deyil. NDİ Azərbaycan hökuməti qarşısında öz xərclərinin hesabatı ilə bağlı tamamilə şəffafdır və yerli qanunlara uyğun fəaliyyət göstərir. NDİ-nin hər hansı digər fəaliyyətdə iştirakı ilə bağlı fərziyyələr tamamilə yalandır. NDİ qeyri-kommersiya təşkilatıdır, heç bir siyasi partiyanı dəstəkləmir və əsas işi bütün dünyada vətəndaşların iştirakı ilə demokratik institutlara dəstək və onların güclənməsinə yardım etməkdən, hökumətə açıqlıq və hesabatlılıqdan ibarətdir.”
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00