İndoneziyanın Sumatra adasının şimalında yerləşən Aceh əyalətinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) zəlzələnin episentri Açenin Singkil bölgəsindən 40 kilometr cənub-şərqdə yerin 37 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
6,2 bal gücündə zəlzələ yerli vaxtla saat 06:30-da baş verib.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələdən sonra "sunami" xəbərdarlığı etməyib.
Zəlzələdə insan tələfatı və irimiqyaslı əmlak itkisi olmayıb.