ABŞ-nin Tennessi ştatında orta məktəbdə keçirilən məzunların görüş günündə atışma baş verib.

"Unikal" xəbər verir ki, nəticədə 4 nəfər yaralanıb. Hazırda polis atəş açan şəxsi axtarır.

Məlumata görə, zərərçəkənlər yerli xəstəxanalardan birinə yerləşdirilib; onların həyatı üçün heç bir təhlükə yoxdur.