“Qalatasaray” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.
"Unikal" xəbər verir ki, 1/8 final oyununda “Alanyaspor”un qonağı olan İstanbul təmsilçisi 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
“Sarı-qırmızılar”ın qollarını 16-cı dəqiqədə Viktor Nelsson və 38-ci dəqiqədə Dris Mertens vurub. Meydan sahiblərindən isə 67-ci dəqiqədə İvan Kavaleyru fərqlənib.
Qeyd edək ki, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi “Qaziantep” - “Konyaspor” cütünün qalibi olacaq.