Hindistan Azərbaycana yeni səfir təyin edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Sridharan Madhusudhanan Hindistanın Azərbaycana səfiri təyin edilib.

O, hazırda Hindistan Xarici İşlər Nazirliyində katib vəzifəsində çalışır.