Aİ-nin Ermənistandakı Mülki Missiyası yaxın həftələrdə tam şəkildə fəaliyyətə başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin İrəvandakı nümayəndə heyəti Ermənistan İctimai Televiziyasının xəbər proqramının sorğusuna cavab olaraq bildirib.
Aİ-nin Ermənistandakı mülki missiyasına Aİ ekspertləri və müşahidəçilər də daxil olmaqla 100-ə qədər işçi cəlb olunacaq. "Missiya ərazisi Naxçıvan bölməsi də daxil olmaqla Azərbaycanla sərhədin bütün perimetrini əhatə edəcək", - Aİ nümayəndə heyəti bildirib.