Fazil Mustafa: “Əli Kərimli niyə tez-tez Amerika səfirinin dəvəti ilə görüşlərə gedir”


“Əli Kərimli elementar həqiqəti 20 ildən sonra başa düşsə də, yenə də səmimi danışmır. Biz doxsanıncı illərin əvvəlindən deyirik ki, Qərbə güvənmək olmaz, amma onun yan-yörəsindəkilər bizə şər-böhtan atmaqla məşğul olurdular”.

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O, AXCP sədri Əli Kərimlinin Qərb dövlətləri və beynəlxalq təşkilatlarla bağlı səsləndirdiyi tənqdi fikirlərə münasibət bildirib.

F.Mustafa deyib ki, Ə.Kərimli həqiqətən də Qərbdən üz çeviribsə, onda niyə tez-tez Amerika səfirinin dəvəti ilə görüşlərə gedir?: “Jest olaraq öz köməkçisini göndərməsi daha münasib olmazdımı?” – deyə, BQP sədri sual edir?