"Bu gün ölkədə mülki və cinayət qanunvericiliyi sahəsində ciddi qanun pozuntuları var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, qəbulunda olan bir xanım qardaşının 37 ay istintaq təcridxanasında saxlanıldığını bildirib: “Bunu hansı qanunla izah etmək olar?! Bu nə deməkdir?! Bundan başqa, məhkmə qətnamələrinin icrası ilə bağlı da problemlər müşahidə olunur. Vətəndaşları illərlə get-gələ salırlar”.
Anar Kəlbiyev