"NATO Ukraynaya nə indi, nə də gələcəkdə əsgər və döyüş təyyarələri göndərməyəcək".

"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, alyans həmçinin Ukrayna üzərində uçuşa qadağan zona tətbiq etməyəcək.

O, NATO-nun hərbi əməliyyatlarda birbaşa iştirakının olmayacağını vurğulayıb.

Daha əvvəl Şolts bildirib ki, Kiyevə "Leopard 2" tanklarının verilməsi qərarından sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə mövcud vəziyyəti müzakirə edib və bu barədə Bundestaqda çıxışı zamanı bildirib.

Almaniya kansleri bildirib ki, Ukraynada münaqişənin başlaması dünyada dönüş nöqtəsi olub, ona görə də Almaniya Kiyevi dəstəkləyir.

"Ukraynaya tankların tədarükü tərəfdaşlarla sıx əməkdaşlıq əsasında baş tutacaq", - kansler əlavə edib.