Yevlax rayonunda avtomobil yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb. "Toyota Land Crusier" markalı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Tərtər rayon sakini Habil İsmayılov idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.