"Miu Miu" 2024-cü ilin birinci rübündə planetin ən populyar brendi olub.
"Unikal" xəbər verir ki, bu barədə "Hypebeast" yazıb.
"Prada" ikinci yeri tutub.
"Loewe" və "Bottega Veneta" 3-cü və 4-cü yerləri sabit saxlayırlar.
"Saint Laurent" isə ilk dəfə ilk beşliyə daxil olub.
Dörd pillə yüksələrək 8-ci yerə "Balenciaga" və 9-cu yerə isə "Valentino" yüksəlib.
Eyni zamanda, "Burberry" üç pillə geriləyərək 12-ci, "Dizel "dörd pillə geriləyərək 17-ci yerə düşüb.