Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 45-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
"Unikal" xəbər verir ki, sülhməramlılara məxsus 5 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 61 avtomobilinin maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.