Gülər Əhmədovanı təcridxanadan çıxaracaqlar?
18:08 12-03-2013
CƏMİYYƏT
“Gülər Əhmədovanın səhhəti normal deyil. Hazırda Gülər xanım Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətindədir. Həkimlər hələlik müdafiə etdiyim şəxsin həyatı üçün ciddi təhlükə olmadığını deyirlər. Əgər təcridxana həkimləri vəziyyətə nəzarət edə bilməsələr, ola bilər ki, Gülər xanım xəstəxanaya yerləşdirilsin”. Unikal.org-un məlumatına görə, bu barədə Gülər Əhmədovanın vəkili Eldar Qədimov ANS PRESS-ə məlumat verib.
Vəkilin sözlərinə görə, həkimlər müayinədən sonra Gülər Əhmədovaya ağ ciyərin genişlənməsi diaqnozu qoyublar: “Eyni zamanda onun qanında şəkərin miqdarı qalxıb və ürəyi ağrıyır. Beynində problemvari, dalağında da genişlənmə mövcuddur. Bundan başqa, Gülər Əhmədova zob xəstəliyindən də əziyyət çəkir”.
Eldar Qədimov onu da bildirib ki, səhhətinin pis olması səbəbindən müstəntiq Gülər Əhmədovanı dindirə bilməyib. “Hazırda Gülər xanım həkim nəzarətindədir. İnşallah səhhəti düzələn kimi, xəbər veriləcək. Müstəntiq mütləq bizimlə əlaqə saxlayacaq. Hələlik isə onun dindirilməsinin dəqiq vaxtı açıqlanmayıb”.
Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36