Fox TV-də yayımlanan "Hayatımın Şansı" serialı da final edir.

"Unikal" xəbər verir ki, buna səbəb serialın reytinq toplamaması olub. Təsirli bir qadın dramından bəhs edən serial 9-cu bölümdə ekranla vidalaşacaq. Prodüser şirkəti əməkdaşlarına göstərdikləri zəhmətə görə təşəkkürünü bildirərək, "Serialımız 9-cu bölümdə finala çıxır" deyə açıqlama yayıb. 

Qeyd edək ki, serialda Alican Yücesoy, Şifanur Gül, Musa Uzunlar, Erkan Avcı və Hira Su Yıldız kimi simalar yer alır.