Lionel Messi PSJ ilə yeni müqavilə imzalayacaq. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tərəflər əmək haqqının artırılması ilə müqavilənin daha iki il uzadılması barədə razılığa gəliblər.

Başqa heç bir klubun argentinalıya layiqli təklif verə bilməyəcəyi bildirilirdi. Buna görə də o, karyerasını PSJ-də davam etdirəcək. 

33 yaşlı futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm 15 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib. 

Ağarza Elçinoğlu