Azərbaycan klublarının 2022-ci ildə transferlərə xərclədiyi vəsait bəlli olub.

"Unikal" report-a istinadən xəbər verir ki, bu barədə FIFA-nın açıqladığı hesabatda bildirilib.

Qeyd olunub ki, ölkə təmsilçiləri futbolçu keçidləri üçün ümumilikdə 1,5 milyon ABŞ dolları ödəyiblər.

Qeyd edək ki, ötən il Azərbaycanda 103 futbolçu transferi həyata keçirilib.