“Ukrayna bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xidməti əməkdaşının yaralanması ilə nəticələnən Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir".
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib.
“Həlak olan şəxsin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik”, - məlumatda qeyd olunub.